“Aston Villa” Çempionlar Liqasında!
"Aston Villa" "Liverpul"u udaraq "Villa Park”da Çempionlar Liqası sevinci yaşadı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda “Aston Villa” doğma meydanda “Liverpul”u məğlub edib və turnir cədvəlində çox vacib 3 xalla Çempionlar Liqasına vəsiqə qazanıb:
Aston Villa 4 - 2 Liverpul
M. Rocers 41’
V. van Dayk 51’ 90+1’
O. Uotkins 56’ 72’
J. Makgin 88’
Bu nəticədən sonra “Aston Villa” Premyer Liqada ilk “4-lük”də yerini möhkəmləndirib və növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin edib. “Liverpul” isə həlledici tur öncəsi ciddi təzyiq altında qalıb.
"Liverpul" müdafiədə ciddi səhvlərlə yadda qalıb və ikinci hissədə oyunun tempinə cavab verməkdə çətinlik çəkib.
Müdafiəçi Vircil van Deyk iki qol vurmasına baxmayaraq, komandasının məğlubiyyətinin qarşısını ala bilməyib.
Unai Emeri rəhbərliyi altında “Aston Villa” mövsümün həlledici mərhələsində stabil çıxışını davam etdirir və artıq Avropa Liqasının finalına hazırlaşır.
“Liverpul” isə son turda “Brentford”la qarşılaşmada Çempionlar Liqasına vəsiqə üçün mübarizə aparmalı olacaq.
© Copyright 2026, All Rights Reserved