Təmsilçilərimizin avrokubok matçları. Tarixlər
Azərbaycanın avrokubok mənzərəsi tamamlandı – “Neftçi” son bileti götürdü.
90plus.az xəbər verir ki, 2026/27 mövsümündə Azərbaycanı UEFA turnirlərində təmsil edəcək dörd klubun hamısı müəyyənləşib. Sonuncu vəsiqənin sahibi isə "Neftçi" olub.
Paytaxt təmsilçisi Misli Premyer Liqasının 32-ci turunda səfərdə "Sabah" üzərində 2:1 hesablı qələbə qazanaraq avrokubok iştirakını rəsmiləşdirib. Bu nəticədən sonra “ağ-qaralar” son turun nəticələrindən asılı olmayaraq çempionatı 4-cü pillədə başa vurmağı təmin edib.
Beləliklə, Azərbaycanı yeni mövsümdə avrokuboklarda "Sabah", "Qarabağ", "Turan Tovuz" və "Neftçi" təmsil edəcək.
Ən çətin yol yenə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah”ı gözləyir. Bakı klubu mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. “Qarabağ” isə Avropa Liqasında eyni mərhələdən start götürəcək.
Konfrans Liqasında Azərbaycanı iki komanda təmsil edəcək. “Turan Tovuz” yarışa 2-ci təsnifat mərhələsindən qoşulacağı halda, “Neftçi” mübarizəyə daha erkən – 1-ci mərhələdən başlayacaq.
Avrokuboklarda təmsilçilərimizin start tarixləri:
“Sabah” – Çempionlar Liqası
“Qarabağ” – Avropa Liqası
“Turan Tovuz” – Konfrans Liqası
“Neftçi” – Konfrans Liqası
Azərbaycan klubları üçün yay avrokubok marafonu iyulun ilk həftəsində start götürəcək.
© Copyright 2026, All Rights Reserved