Dambrauskas: “Balanslı mübarizə getdi”
Dambrauskas: “Kubokdan sonra bu oyuna köklənmək çətin idi”.
90plus.az xəbər verir ki, "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 32-ci turunda "Neftçi"yə 1:2 hesablı məğlubiyyətdən sonra komandasının çıxışını dəyərləndirib.
Litvalı mütəxəssis qarşılaşmanın psixoloji baxımdan komandası üçün ağır keçdiyini bildirib. Onun sözlərinə görə, ölkə kubokundakı uğurdan sonra futbolçuları yenidən motivasiya etmək asan olmayıb:
“Kuboku qazandıqdan sonra emosional olaraq boşalmışdıq. Belə bir oyuna hazırlaşmaq həqiqətən çətin idi. Buna baxmayaraq, futbolçular meydanda xarakter göstərdilər və sonadək mübarizə apardılar”.
Dambrauskas rəqibin son həftələrdə yüksək formada olduğunu da vurğulayıb:
“Hazırda çempionatın ən formada olan komandalarından birinə qarşı oynayırdıq. Oyunun müəyyən hissələrində balanslı mübarizə getdi. Düşünürəm ki, azarkeşlər meydanda səviyyəcə bir-birinə yaxın iki komanda izlədilər”.
Baş məşqçi mövsümün əsas hədəfinin artıq reallaşdığını qeyd edib və komandasının qazandığı uğurun qeyd olunacağını bildirib:
“İndi isə vaxtıdır ki, mövsüm ərzində gördüyümüz işin qarşılığını qeyd edək. Futbolçularıma, klub əməkdaşlarına və azarkeşlərə təşəkkür edirəm”.
© Copyright 2026, All Rights Reserved