Yoşko Qvardiol “Real Madrid” yolunda!
Yoşko Qvardiol hazırda "Real Madrid" üçün mümkün transfer variantlarından biri kimi göstərilir.
90plus.az xəbər verir ki, gələcəkdə Joze Mourinyo klubda işə başlasa, əsas diqqət müdafiə xəttinin gücləndirilməsinə yönələcək və həmin siyahıda xorvatiyalı müdafiəçi də yer alır - Diario AS.
Qeyd olunur ki, "Mançester Siti" ilə müqaviləsi 2028-ci ilə qədər davam edən Qvardiol üçün hələlik rəsmi danışıqlar başlamayıb. Lakin futbolçunun nümayəndələrinin artıq transfer bazarını aktiv şəkildə dəyərləndirdiyi və “Real Madrid”in onun üstünlük verdiyi mümkün istiqamətlərdən biri olduğu bildirilir.
Eyni zamanda, Pep Qvardiolanın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin “Mançester Siti”nin heyət planlamasına təsir etdiyi və bəzi futbolçuların yay transfer pəncərəsi öncəsi mümkün ayrılıqları nəzərdən keçirdiyi iddia olunur.
© Copyright 2026, All Rights Reserved