Dembelenin vəziyyəti yaxşıdır
“Paris Sen-Jermen”dən Usman Dembele ilə bağlı müsbət xəbər
90plus.az xəbər verir ki, “Paris Sen-Jermen”in hücumçusu Usman Dembele bu gün keçirdiyi oyunda zədələnərək meydanı ağrılar içində tərk etsə də, klub daxilindən gələn ilkin məlumatlar vəziyyətin ciddi olmadığını göstərir.
Fransa mediası, xüsusilə RMC Sport-un yaydığı xəbərə görə, "Paris Sen-Jermen" əməkdaşları futbolçunun zədəsini “ciddi olmayan və ehtiyat xarakterli” problem kimi qiymətləndirir. Klubun əsas narahatlığı oyunçunun yaxınlaşan Çempionlar Liqasının finalına tam hazır olmasını təmin etməkdir.
Dembele ilə bağlı tibbi müayinələr aparılacaq və vəziyyətin dəqiq dərəcəsi yalnız əlavə testlərdən sonra müəyyənləşəcək.
Hazırda klub daxilində optimizm hökm sürür və futbolçunun ciddi zədə almadığı düşünülür.
© Copyright 2026, All Rights Reserved