Pep Qvardiolanın ayrılma iddiası gündəmə gəlib
Pep Qvardiola “Mançester Siti”dən ayrılır? – Klub daxilindən sensasion iddia!
90plus.az xəbər verir ki, "Mançester Siti" klubunda böyük dəyişiklik baş verə bilər. “Daily Mail” nəşri yazır ki, klubun məşq bazasında çalışan şəxslər Pep Quardiolanın mövsümün sonunda komandadan ayrılacağına inanırlar.
Mənbənin məlumatına görə, ispaniyalı mütəxəssis bu qərarı bir neçə həftə əvvəl verib. Son günlər “Etihad” ətrafında yayılan və Qvardiolanın fikrini dəyişə biləcəyi ilə bağlı iddiaların isə klub daxilində təsdiqini tapmadığı bildirilir.
Hesabatda qeyd olunur ki, rəsmi açıqlama yaxın günlərdə verilə bilər. Bu baş verərsə, həmin qərar Qvardiolanın təxminən 10 il əvvəl “Mançester Siti”yə gəlişindən bəri klubdakı ən böyük dəyişiklik kimi qiymətləndiriləcək.
Xatırlatma: Pep Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırır. Onun rəhbərliyi altında klub 6 dəfə Premyer Liqa çempionluğunu, klubların dünya çempionatını, həmçinin UEFA Çempionlar Liqası zəfərini qazanıb.
© Copyright 2026, All Rights Reserved