Joze Mourinyonun Markusla bağlı planı var
Joze Mourinyonun “Real Madrid” üçün Markus Reşford transferi ilə bağlı gözlənilməz plan hazırladığı iddia olunub.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu Madrid klubuna gətirmək variantını nəzərdən keçirir. Bildirilir ki, “Barselona” futbolçu üçün daimi transfer məsələsində hələ qərarsızdır və bu vəziyyət Mourinyonun planını aktivləşdirə bilər.
Mourinyo və Reşfordun daha əvvəl “Mançester Yunayted”də birlikdə çalışdığı və aralarında yaxşı münasibətin olduğu da xəbərdə qeyd edilir. Bu amil transfer ehtimalını gücləndirən əsas detallardan biri kimi göstərilir.
Hazırda Reşfordun gələcəyi ilə bağlı qərarın yay transfer dövründə dəqiqləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved