Levandovski gecəyarıya qədər Kamp Noudan ayrılmayıb
Robert Levandovskinin “Kamp Nou” ilə vidası futbol ictimaiyyətində böyük emosiyalar yaradıb.
90plus.az xəbər verir ki, polşalı hücumçu gecə saat 00:08-də stadionu tərk etməyib. Ayrılıq anına qədər meydanı demək olar ki, bir an belə boş buraxmayıb. Levandovski ailəsi, dostları və yaxınları ilə birlikdə uzun müddət stadionun ot örtüyündə gəzib, xatirə şəkilləri çəkdirib və azarkeşlərlə unudulmaz anlar yaşayıb.
Təcrübəli forvardın xüsusilə klub əməkdaşlarına göstərdiyi münasibət diqqət çəkib. O, stadionu tərk etməzdən əvvəl demək olar ki, bütün işçi heyəti ilə ayrı-ayrılıqda şəkil çəkdirmək istəyib.
Mənbənin yaydığı məlumata görə, Levandovskinin davranışları onun “Barselona” və “Kamp Nou” ilə nə qədər güclü bağ qurduğunu bir daha göstərib. Futbolçunun stadionu tərk etmək istəmədiyi, gecənin bitməsini arzulamadığı qeyd olunub.
© Copyright 2026, All Rights Reserved