Nərimanın baş məşqçisi yola salındı
Nəriman Axundzadənin forma geyindiyi “Kolambus Kru” klubunda baş məşqçi dəyişikliyi baş verib.
90plus.az xəbər verir ki, ABŞ təmsilçisi Henrik Ridströmlə yolların ayrıldığını rəsmən açıqlayıb. Klub rəhbərliyi uğursuz nəticələrdən sonra isveçli mütəxəssisi istefaya göndərmək qərarı verib.
Komandanın yeni baş məşqçisi müəyyənləşənə qədər “Kolambus Kru”nu müvəqqəti olaraq Loran Kurtua çalışdıracaq.
MLS-də istədiyi nəticələri əldə edə bilməyən komanda hazırda Şərq Konfransında 15 klub arasında 13-cü pillədə qərarlaşıb. “Kolambus Kru”nun hesabında 13 xal var.
Qeyd: Henrik Ridström ötən ilin yayından komandaya rəhbərlik edirdi. Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə isə 2026-cı ilin fevralında “Qarabağ”dan ABŞ klubuna transfer olunub.
© Copyright 2026, All Rights Reserved