Ukrayna millisində yeni era
Ukrayna Futbol Federasiyası yığmanın baş məşqçi postuna Andrea Malderanın təyin olunduğunu rəsmən açıqlayıb. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
90plus.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı Ukrayna milli komandasının tarixində bu vəzifəyə gətirilən ilk əcnəbi məşqçi kimi tarixə düşüb.
Andrea Maldera son olaraq Fransa təmsilçisi “Marsel”də fəaliyyət göstərib. O, burada Roberto De Zerbinin məşqçilər korpusunda yer alıb. Təcrübəli italiyalı daha əvvəl “Milan”da da müxtəlif tanınmış məşqçilərlə işləyib. Maldera Massimiliano Alleqri, Leonardo, Filippo İnzagi və Klarens Zeedorfun köməkçilər heyətində fəaliyyət göstərib.
Yeni baş məşqçi Ukrayna futboluna da yad sima deyil. O, 2016-2021-ci illər aralığında Andrey Şevçenkonun rəhbərliyi altında Ukrayna millisində çalışıb və komandanın daxilindəki sistemi yaxından tanıyır.
© Copyright 2026, All Rights Reserved