Tuhel millidən narazıdır: Otaqlarda səs problemi işləri korlayır
Tomas Tuhel narazıdır – İngiltərə millisinin düşərgəsində səs problemi var.
90plus.az xəbər verir ki, Tomas Tuhel İngiltərə millisinin DÇ-2026 üçün planlaşdırılan baza düşərgəsinin şərtlərindən narazı qalıb.
Almaniyanın “BILD” nəşrinin məlumatına görə, əsas problem futbolçuların qalacağı hotellərdə otaqların kifayət qədər səs izolyasiyasına malik olmamasıdır. Bildirilir ki, digər otaqlardan gələn səslər baş məşqçi Tuheli ciddi şəkildə narahat edir.
Mənbənin iddiasına əsasən, alman mütəxəssis futbolçuların yuxu rejimi və bərpasına xüsusi önəm verir. Bu səbəbdən də düşərgədəki şərait onun gözləntilərini tam qarşılamayıb.
Buna görə Futbol Federasiyası əlavə tədbirlər görməyə hazırlaşır. Federasiya futbolçular üçün xüsusi bərpa dəstləri təqdim etməyi nəzərdən keçirir.
Həmin dəstlərə fərdi yastıqlar, döşək əlavələri, erqonomik göz maskaları və qulaq tıxaclarının daxil ediləcəyi bildirilir. Məqsəd oyunçuların turnir ərzində daha rahat istirahət etməsini təmin etməkdir.
Qeyd: Tomas Tuhel 2025-ci ildən etibarən İngiltərə millisinin baş məşqçisi vəzifəsini icra edir.
© Copyright 2026, All Rights Reserved