“Real Madrid” əfsanəsini 23 il sonra yola salır
“Real Madrid”in əfsanəvi müdafiəçisi Dani Karvahal 23 ildən sonra klubdan ayrılacaq.
90plus.az xəbər verir ki, "Real Madrid" rəhbərliyi 32 yaşlı sağ cinah müdafiəçisinin mövsümün sonunda başa çatan müqaviləsinin yenilənməyəcəyini açıqlayıb. Bununla da Karvahal uzun illər davam edən Madrid karyerasına son qoyacaq.
Dani Karvahal 23 il əvvəl “Real Madrid” akademiyasına qoşulub, 10 il gənclər liqasında çıxış etdikdən sonra 2013-cü ildə əsas komandaya yüksəlib. O, klubun ən uğurlu dövrlərindən birinin əsas simalarından biri olub.
Karyerası ərzində Karvahal “Real Madrid”lə 6 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin 4 dəfə İspaniya La Liqasını qazanıb. Klub daxilində onun gedişi böyük itki kimi qiymətləndirilir.
Klub prezidenti Florentino Peres müdafiəçini “əsl əfsanə” adlandıraraq, Madridin onun üçün hər zaman ev olacağını bildirib.
Məlumata görə, Karvahal mövsümün son ev oyununda xüsusi mərasimlə azarkeşlər tərəfindən yola salınacaq.
© Copyright 2026, All Rights Reserved