Günün oyunu: “Arsenal”ın vacib matçı var!
“Arsenal” bu axşam artıq aşağı liqaya düşməsi dəqiqləşən “Börnli” ilə qarşılaşacaq. London klubu bu matçda qalib gələrək Premyer Liqa çempionluğu uğrunda mübarizədə “Man Siti”ni daha da üstələməyi hədəfləyir.
90plus.az xəbər verir ki, "Arsenal" hazırda turnir cədvəlinin zirvəsində “Mançester Siti”dən iki xal öndə qərarlaşıb - 79:77.
Qələbə “topçular”ı 22 ildən sonra ilk çempionluğa bir addım daha yaxınlaşdıracaq.
Mikel Artetanın komandası son dövrdə yüksək formada çıxış edir. Londonlular son üç Premyer Liqa matçında qol buraxmadan qələbə qazanıblar. Bundan əlavə, “Arsenal” liqa tarixində mövsüm ərzində aşağı düşməsi dəqiqləşmiş komandalara qarşı keçirdiyi bütün 10 oyunu qazanıb və belə rəqiblərə qarşı məğlubiyyətsiz seriyasını davam etdirir.
"Börnli" isə çətin günlər yaşayır. Komanda son 27 Premyer Liqa matçında cəmi 1 qələbə qazana bilib. Eyni zamanda, səfərdə son 4 oyunu məğlubiyyətlə başa vurub və bu mövsüm səfərdə ümumilikdə çox sayda qol buraxıb.
Günün oyunu:
Saat 23:00 Arsenal - Börnli
Yayım: İdman TV; TV NET; Digiturk Play Turkey; beIN Sports 3; beIN CONNECT Turkey; TOD Turkey
© Copyright 2026, All Rights Reserved