Leo Messidən inanılmaz statistika!
Lionel Messinin çıxış etdiyi “İnter Mayami” yeni stadionunda ilk ev qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, "İnter Mayami" MLS-də “Portland Timbers”i 2:0 hesabı ilə məğlub edərək tarixində yeni stadionunda ilk dəfə üç xalı əldə edib.
Matçın qəhrəmanı yenə Lionel Messi olub. Ulduz futbolçu həm qol vurub, həm də məhsuldar ötürmə edib.
Messi son dörd MLS matçında inanılmaz forma göstərir: bu oyunlarda ümumilikdə 5 qol və 5 assistlə ümumi qol töhfəsində 10-a çatıb.
Ümumi karyera statistikası:
910 qol
412 məhsuldar ötürmə
“İnter Mayami”nin bu qələbəsi həm də komandanın yeni stadionda ilk qələbəsi kimi tarixə düşüb və klub Şərq Konfransında liderliyə yüksəlib.
© Copyright 2026, All Rights Reserved