“Qarabağ”da yeni vinger: Jali Muaddib! RƏSMİ
“Qarabağ” növbəti transferini rəsmiləşdirib. Ağdam təmsilçisi fransalı vinger Jali Muaddib ilə uzunmüddətli müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlanıb. Bu gün tibbi müayinədən uğurla keçən yeni transfer komandada 7 nömrəli forma ilə çıxış edəcək.
Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya” olub. Fransalı futbolçu karyerası ərzində “Lill” və “Anje”nin B komandalarında forma geyinib. O, həmçinin Fransada “Avranş”, Rumıniyada isə “Botoşani” klubunun uğurları üçün çalışıb.
Cinah oyunçusu Fransanın U-19 millisində də çıxış edib.
“Qarabağ”ın yeni transferinin xüsusilə sürəti və təkbətək mübarizələrdəki effektivliyi ilə seçildiyi bildirilir.
Təqdimat videosu: https://t.me/doxsanplus/117002
© Copyright 2026, All Rights Reserved