Konte - “Napoli” ətrafında ayrılıq küləyi əsir
“Prezident mənim fikirlərimi bir aydır bilir” – Konte “Napoli”dən ayrıla bilər.
90plus.az xəbər verir ki, "Napoli" klubunun baş məşqçisi Antonio Konte mövsümün sonunda komandadan ayrıla biləcəyinə işarə vurub.
İtaliyalı mütəxəssis “Napoli”nin Çempionlar Liqasına vəsiqəni təmin etməsindən sonra gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Konte bildirib ki, klub prezidenti ilə münasibətləri yaxşıdır və öz düşüncələrini artıq bir müddətdir rəhbərliyə çatdırıb:
“Qarşıda hələ bir oyun var. Prezidentlə dostyana münasibətimiz var. Mən “Napoli”yə çox çətin dönəmdə gəldim. Komanda 10-cu yeri tutmuşdu və klubun ətrafında depressiv atmosfer vardı.
Prezident mənim fikirlərimi artıq bir aydır bilir”.
İtaliya mətbuatının yazdığına görə, Konte mövsüm başa çatdıqdan sonra gələcəyi ilə bağlı yekun qərarını açıqlaya bilər. Təcrübəli çalışdırıcının adı artıq bir neçə böyük klubla hallandırılır.
Xatırlatma: "Napoli" cari mövsümdə yenidən A Seriyasının ilk sıralarına - 2-ci yerə qayıdaraq Çempionlar Liqasına vəsiqəni təmin edib.
© Copyright 2026, All Rights Reserved