Rüdiger “Real”da qalacaq! Mourinyo ilə çalışmaq istəyir
Antonio Rüdiger karyerasını "Real Madriddə davam etdirəcək.
90plus.az xəbər verir ki, “AS” nəşri alman müdafiəçinin Madrid klubu ilə yeni müqavilə məsələsində razılığa gəldiyini açıqlayıb. Tərəflər arasında əsas problem sözləşmənin müddəti ilə bağlı idi.
Bildirilir ki, Rüdiger əvvəlcə 2 illik müqavilə tələb etsə də, sonda “Real Madrid”in 30 yaşdan yuxarı futbolçular üçün tətbiq etdiyi siyasəti qəbul edib. Klub rəhbərliyi təcrübəli oyunçulara yalnız 1 illik müqavilə uzatmağı planlaşdırırdı və bu mövqedən geri çəkilməyib.
Məlumata əsasən, müdafiəçi 2027-ci ilə qədər komandada qalacaq. Mənbə həmçinin qeyd edir ki, Rüdiger Joze Mourinyinun rəhbərliyi altında oynamaq istəyir.
Son mövsümdə zədələr və qeyri-sabit çıxışlarla üzləşən alman futbolçu klub rəhbərliyinin mövqeyini dəyişməyəcəyini anlayaraq təklif olunan şərtlərlə razılaşıb.
Rüdiger 2022-ci ildən “Real Madrid”in formasını geyinir və bu müddətdə komandanın əsas müdafiəçilərindən birinə çevrilib.
© Copyright 2026, All Rights Reserved