Kovaç: “Gələn il “Bayern”ə güc gələcəyimizə inanmıram”
Niko Kovaç: “Gələn il ‘Borussiya Dortmund’un ‘Bayern Münhen’ə qarşı mübarizə aparacağını görmürəm”.
90plus.az xəbər verir ki, “Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç qarşıdan gələn Bundesliqa mövsümü ilə bağlı fikirlərini bölüşüb.
“Mən bilirəm ki, hər kəs daha çoxunu — daha yüksək, daha irəli, daha sürətli nəticələr gözləyir. Amma mən ‘Bayern Münhen’ə qarşı gələn il mübarizə apara biləcəyimizi görmürəm.”
“Mən sadəlövh biri deyiləm, realistəm və hər şeyə düzgün kontekstdə baxmağa çalışıram. ‘Bayern’in bizdən daha çox pulu və daha çox superulduzu var,” — deyə Kovaç bildirib.
Bu mövsüm “Borussiya Dortmund” Almaniya çempionatını ikinci pillədə başa vurub və “Bayern”dən 15 xal geri qalıb.
© Copyright 2026, All Rights Reserved