Finalı ekrandan izləmək üçün uzun növbə yarandı
“Rayo Valyekano” azarkeşlərindən final həyəcanı – ekrandan izləmək üçün satılan biletlərə uzun növbə yarandı.
90plus.az xəbər verir ki, İspaniyanın “Rayo Valyekano” klubunun azarkeşləri UEFA Konfrans Liqasının finalı öncəsi böyük həyəcan yaşayır.
Madrid təmsilçisinin tərəfdarları komandanın "Kristal Pelas" ilə keçirəcəyi final oyununu stadionda yayımlanacaq ekran vasitəsilə izləmək üçün biletlərə böyük maraq göstəriblər. Bu səbəbdən stadion ətrafında uzun növbələr yaranıb.
Qeyd olunur ki, “Rayo Valyekano” biletləri onlayn şəkildə satışa çıxarmır. Azarkeşlər biletləri yalnız fiziki olaraq əldə edə bilirlər.
UEFA Konfrans Liqasının final qarşılaşması sabah keçiriləcək. Həlledici oyunda “Rayo Valyekano” ilə “Kristal Pelas” üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Finaldan sonra tərəflərdən biri klub tarixində ilk dəfə UEFA Konfrans Liqasının kubokunu başı üzərinə qaldıracaq.
© Copyright 2026, All Rights Reserved