17 yaşlı Mastantuono “Real”a keçidi barədə danışdı

“Real Madrid”in yeni gənc istedadı Franko Mastantuono İspaniyaya gəldikdən sonra uğur qazanmaq üçün əlindən gələni edəcəyinə söz verib.
90plus.az xəbər verir ki, 17 yaşlı argentinalı yarımmüdafiəçi bunları deyib:
“Madrid azarkeşlərinə mesajım? Mən meydanda canımı qoyacağam ki, həm klub, həm də mən uğurlu olaq. “Real Madrid” elə bir klubdur ki, burada heç nə hədiyyə edilmir, hər şeyə layiq olmaq lazımdır. Mən də həmişə var gücümlə çalışacağam”, – Mastantuono Argentinada “TyC Sports”a belə deyib.
“Adaptasiya prosesi məni qorxudurmu? Əsla. Bu bir çağırışdır. Ora gedib tez uyğunlaşmaq istəyirəm.
“Real Madrid”ə keçidim məni çox duyğulandırdı, emosional an idi. Amma bu duyğular məni yolumdan sapdırmamalıdır. Növbəti mövsüm komandaya kömək etmək istəyirəm”, – deyə gənc hücumçu əlavə edib.
Qeyd: Mastantuono avqustda 18 yaşı tamam olmadan İspaniyaya gedə bilməz. Bu səbəbdən o, “Real Madrid”in yay toplanışını buraxacaq və komandaya yalnız mövsüm başladıqdan sonra qoşulacaq.
© Copyright 2025, All Rights Reserved