AFFA-nın qadın nümayəndəsi Avropa Kuboku oyununa təyinat aldı
AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA tərəfindən növbəti dəfə təyinat alıb.
90plus.az xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Austria Vyana" (Avstriya) – "Sparta Praqa" (Çexiya) qarşılaşmasında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Görüş fevralın 18-də Vyana şəhərində yerləşən Franz Horr Stadion stadionunda təşkil olunacaq.
Xatırlatma: Komandalar arasında Çexiyada baş tutan ilk matç qolsuz bərabərliklə – 0:0 hesabı ilə yekunlaşıb.
© Copyright 2026, All Rights Reserved