Pep Qvardiola "Arsenal" qələbəsindən sonra: "Nə dediyimi yaxşı bilirəm"
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bazar günü qazanılan qələbədən sonra komandasının Premyer Liqa çempionluq yarışındakı psixoloji durumundan danışıb.
90plus.az xəbər verir ki, "Mançester Siti 2 - 1 Arsenal" görüşündən sonra Qvardiola özünəəmin danışıb:
“Uzun müddətdir komandanın bədən dili düzgün səviyyədədir. Hər bir səhvdə futbolçu bunu öz səhvi kimi qəbul edir, biz kimisə günahlandırmaq əvəzinə dərhal növbəti mərhələyə keçməyə çalışırıq.
Nə danışdığımı yaxşı bilirəm, çünki belə oyunları qazandıqda hamı mentalitetdən danışır. Bazar günkü oyundan sonra da demişdim: əgər son dəqiqədə Kay Haverts ötürmədən sonra baş zərbəsi ilə qol vursaydı və biz o epizodda müdafiə oluna bilməsəydik, onda bizim mentalitetimiz haqqında nə deyəcəkdilər?
Əminəm ki, deyəcəkdilər: ‘Onlarda soyuqqanlılıq yoxdur, təcrübəsiz komandadırlar’. Halbuki vəziyyət eynidir.
İnsanlar deyir ki, “Arsenal” iki dəfə dirəyə düşdü, amma biz də dirəyə vurduq. Onların yaratdığı şanslar qədər bizim də imkanlarımız oldu. Oyun çox gərgin keçdi və belə matçlarda hər şeyi xırda detallar həll edir.”
“Mançester Siti”nin baş məşqçisi "Arsenal” üzərində qələbədən sonra komandanı yenidən toparlamaq üçün futbolçularla danışdığını bildirib.
“Bazar günkü oyundan dərhal sonra soyunub-geyinmə otağında diqqəti yenidən toplamaq üçün söhbət etdik”.
“Arsenal hazırda turnir cədvəlinin lideridir və çempionat indi başa çatsa, onlar çempion olacaqlar.
Futbolçuların təkcə fiziki deyil, həm də emosional baxımdan bu çətin oyundan necə bərpa olunacaqlarını görməliyik.
Qarşıda altı oyun qalıb və nəticələrdən asılı olaraq nələrin baş verə biləcəyini dəqiq bilirik.
Biz “Bernli” ilə oyuna gedirik və lazımi səviyyədə çıxış etməliyik. Məqsədimiz qələbədir, çünki bizə məhz bu lazımdır.”
© Copyright 2026, All Rights Reserved