“Bayern” Uğurcan Çakırı radarına aldı
“Bayern Münhen” Uğurcan Çakırı izləyir – transfer dəyəri açıqlanıb.
90plus.az xəbər verir ki, Almaniya nəhəngi "Bayern" "Qalatasaray" klubunun qapıçısı Uğurcan Çakır ilə yaxından maraqlanır.
Məlumata görə, Münhen təmsilçisi türkiyəli qolkiperin çıxışını diqqətlə izləyir və onun transferini ciddi şəkildə nəzərdən keçirir. Klub rəsmiləri xüsusilə qarşıdakı FİFA Dünya Kubokundan sonra danışıqlar masasına qayıtmağı planlaşdırır.
Transferin mümkün məbləğinin təxminən 60 milyon avro olacağı bildirilir. Bununla belə, “Qalatasaray” rəhbərliyi əsas qapıçısını satmağa həvəsli deyil və futbolçunu komandada saxlamaq niyyətindədir.
Hazırda tərəflər arasında rəsmi danışıqlar başlamasa da, “Bayern Münhen”in marağı yaxın aylarda konkret addımlarla davam edə bilər.
© Copyright 2026, All Rights Reserved