Voytsex Şensnı: “Nikotinsiz ağzım quruyur”
Şensnıdan maraqlı etiraf: “Nikotin olmayanda ağzım quruyur”.
90plus.az xəbər verir ki, “Barselona”nın qapıçısı Voytsex Şensnı siqaret və xüsusilə siqar sevgisini heç vaxt gizlətməyib.
Polşalı qolkiper komandanın soyunub-geyinmə otağında və çempionluq qeyd etmələri zamanı dəfələrlə siqarla görüntülənib. O, “Real Madrid” üzərində qazanılan və La Liqa titulunu rəsmiləşdirən qələbədən sonra da siqarını səbirsizliklə gözlədiyini zarafatla bildirib.
“Ağzım artıq bir az quruyub. Fasilədən bəri nikotin qəbul etməmişəm, təxminən iki saat yarımdır. Dost şirkətlərdən biri mənə siqar göndərib, xüsusi olaraq bu hadisə üçün. Əyləncəli olacaq”, – deyə Şensnı bildirib.
Təcrübəli qolkiper daha sonra “Eleven Sports”a açıqlamasında La Liqa çempionluğu ilə bağlı hisslərini də bölüşüb.
“Düşünürəm ki, artıq karyerasını başa vurduqdan sonra ən çox titul qazanan futbolçu kimi Ginnes rekordunu qırmışam. Buna görə çox xoşbəxtəm. Artıq beş titul qazandım və doqquza çatmaq istəyirəm. Son mövsümümdə hələ dörd kubok qazanmalıyam”, – deyə o bildirib.
Şensnı oynayıb-oynamamağın hissləri dəyişmədiyini də vurğulayıb:
“Oynasan da, oynamasan da emosiyalar eynidir. Qalib gələndə sevinirsən, uduzanda kədərlənirsən və hər titul insanı inanılmaz xoşbəxt edir. Adrenalin hissi bir az fərqlidir, amma həyatım boyu bundan kifayət qədər yaşamışam. Buna görə də karyeramın son illərini əsas qəhrəman kimi yox, azarkeş kimi yaşamaqdan həzz alıram.”
Polşalı qapıçı komandadakı rəqabət barədə də səmimi danışıb:
“Həyatımda ilk dəfə məndən daha yaxşı qapıçı ilə birlikdə oynadığımı inkar etməyəcəyəm. Bir tərəfdən bu eqoya bir az zərbə vurur, amma digər tərəfdən mənim işimin onunla rəqabət aparmaq yox, ona dəstək olmaq olduğunu qəbul etmək daha asandır.”
© Copyright 2026, All Rights Reserved