“Xetafe”nin müdafiəçisi Rüdigeri bağışlamır
“Xetafe”nin müdafiəçisi Dieqo Riko “Real Madrid”in futbolçusu Antonio Rüdigeri La Liqadakı qarşılaşmada onun üzünə dizlə zərbə endirdiyinə görə hələ də bağışlamadığını bildirib (1:0).
90plus.az xəbər verir ki, martın 2-də keçirilən 26-cı tur oyununda baş verən epizodda Rüdiger yıxılarkən təsadüfən Rikoya çiynindən və daha sonra çənəsindən diz zərbəsi vurub. “Xetafe” futbolçusu dərhal üzünü tutaraq yerə yıxılıb və oyun dayandırılıb. Hakim Alexandro Muniz meydançaya tibbi heyəti dəvət etsə də, epizodda qayda pozuntusu qeydə alınmayıb.
Riko hadisədən sonra belə deyib:
“Onun məni ‘sağ buraxdığına görə’ hələ də üzr borcum varmı? Rüdiger çox aqressiv futbolçudur, amma o epizodda həddi aşdı. Onu bağışlaya bilmirəm.”
© Copyright 2026, All Rights Reserved