Ançelotti “Arsenal”la matç haqda: “Həyəcanlıyam”

”Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalının cavab oyunu haqda danışıb.
90plus.az xəbər verir ki, italyan mütəxəssis mediada dolaşan - "bugünkü oyun "Real" üçün pis nəticələnsə, Ançelottinin gələcəyi təhlükə altında olacaq" fikrə münasibət bildirib:
"Arsenal” oyununun nəticəsi “Real Madrid”dəki gələcəyimə təsir edəcəyini düşünmürəm".
"Matçı səbirsizliklə gözləyirəm. Soyuqqanlı ol, davam et, bu mənim ilk böyük oyunum deyil... və ümid edirəm ki, sonuncu olmayacaq. Həyəcanlıyam".
Qeyd: "Real Madrid" - "Arsenal" matçı sabah saat 23:00-da başlayacaq.
📰: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved