Ançelotti: "Bu, dünya futbolunun problemidir"

Karlo Ançelotti “Liverpul"a qarşı matç və tənqidlər ilə bağlı danışıb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis bu sözləri deyib:
"Oyun vaxtı futbolçuları daha tez əvəz etməliyəm? Mən bir çox fikirlər eşidirəm. Amma heç kimə mənə bununla bağlı məsləhət verə bilməz. Heç kim. 1300 matç keçirmişəm, 1300 heyət qurmuşam və 4000-ə yaxın əvəzetmələr etmişəm.
Cari mövsüm artıq 11 futbolçumuz əzələ zədəsi alıb. Bu, təkcə Real Madrid`in deyil, ümumən dünya futbolunun problemidir. Oyun təqvimi həddindən artıq sıxdır. Amma vəziyyəti qəbul etməli və daha yaxşı olmalıyıq. Bizim üçün vacib matçdır, xallar qazanmalıyıq. Artıq 2 oyunda məğlub olmuşuq".
Mənbə: AS
© Copyright 2025, All Rights Reserved