Ançelotti: "Kim deyir ki, biz qaçmırıq?"

”Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin “Milan”la matç sonrası açıqlamaları ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, italiyan mütəxəssis edilən tənqidlərə bu cür cavab verib:
“Biz kifayət qədər qaçmırıq? Keçən il də çox qaçmadıq və Çempionlar Liqasını qazandıq. Reallıq ondan ibarətdir ki, biz nəyisə əskik edirik. Komanda yaxşı oyun nümayiş etdirmir. Narahatlıq hiss etmək normaldır, növbəti bir neçə gecə çox uzun olacaq. Əlimizdə olan gücü geri qaytarmalıyıq. Son oyunlarda buraxılan 9 qol həddindən artıq çoxdur.
Hücumda çoxlu imkanlarımız oldu, amma dəqiqliyimiz çatmadı. Problem ondadır ki, rəqiblərimiz çox asanlıqla bizə hücum edirlər.
Komanda hazırda yaxşı oynamağa qadir görünmür, biz pis andayıq”.
© Copyright 2025, All Rights Reserved