Ançelotti: "Qələbəyə layiq tərəf biz idik"

Karlo Ançelotti: "Mövsüm bizim üçün indi başlayıb".
90plus.az xəbər verir ki, ”Real Madrid”in baş məşqçisi Karlo Ançelotti 3-2 qalib gəldikləri “Man Siti” ilə matç haqqında danışıb.
”Qələbəyə layiq tərəf biz idik və daha çox qol vura bilərdik. Mövsüm bizim üçün indi başlayır.
Toni Rudiger və David Alaba cavab görüşündə bizimlə olacaqlar. Onlara ehtiyacımız var. Öz mövqeyində oynamayan və çoxlu tənqidlərə məruz qalan Çuameni isə əla oyun keçirdi”.
Mənbə: Fabrizio Romano
Karlo Ancelotti: “Çempionlar Liqası "Real Madrid" üçün xüsusidir. Bu bizim üçün ənənədir, buranın sehrli ab-havası var.
"Ümid edirəm ki, bu gözəl çıxışı təkrar-təkrar göstərə biləcəyik”.
© Copyright 2025, All Rights Reserved