Ançelotti: “Sabahkı oyunu bir kənara yazın”

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Arsenal"la qarşılaşma öncəsi "Real"ın qapıçısı və baş məşqçisinin fikirləri maraq doğrurub.
90plus.az xəbər verir ki, Tibo Kurtua oyuna hazır olduğunu söyləyib:
Tibo Kurtua: “Mən 100% hazıram. Kiçik bir problemim var idi, amma bir neçə məşq etdim. Bu kiçik bir şey idi və böyük matçlar öncəsi risk etmək istəmədiyim üçün oynamadım”.
Karlo Ançelotti: "Bir kənara yazın... Vinisius sabah möhtəşəm bir oyun keçirəcək". (📰: Fabrizio Romano)
Qeyd: "Arsenal - Real" matçı 8 aprel saat 23:00-da baş tutacaq.
© Copyright 2025, All Rights Reserved