Arif Əsədov: “Yaxşı oyun alındı”

Azərbaycan millisinin məşqçisi Arif Əsədov Albaniyaya 1:3 hesabı ilə uduzduqları yoldaşlıq oyununda sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, Əsədov rəqibin ilk dəqiqələrdən basqı etdiyini vurğulayıb:
"Ola bilər ki, Albaniyanın gücü ilk dəqiqələrdən yaxşı oynamağıza imkan vermədi. Amma sonradan komandamız başa düşdü ki, bu rəqibə qarşı oynamaq olar.
Yaxşı oyun alındı. İlk 20 dəqiqə komandamız bir az zəif oynadı, amma sonradan yaxşı çıxış etdik, komanda aqressivləşdi. Qarşıya baxmaq lazımdır".
Məşqçi komandanın yeganə qolunun müəllifi Musa Qurbanlı haqda söyləyib: "Musanı növbəti oyunda da sonradan meydana girə bilər. Görürsünüz ki, o, sonradan oyuna girəndə daha effektli olur. Musa da, Mahir də hələ 90 dəqiqə oynamağa hazır deyil. Çalışırıq ki, bunları nəzərə alaq.
Emil də əvvəlki oyununu göstərmədi. Düşərgəyə 2-3 kilo artıq çəki ilə gəlmişdi. Demişəm ki, milliyə gəlirsənsə, öz formanı saxlamalısan".
Qeyd: Azərbaycan millisi Albaniya yığmasına 1-3 uduzub.
© Copyright 2025, All Rights Reserved