Arsenal qaçır, Man Siti qovalayır! Fərq 6 xal
“Mançester Siti” Enfilddə möhtəşəm geridönüş etdi – Haaland son anda həlledici oldu.
90plus.az xəbər verir ki, Premyer Liqanın mərkəzi qarşılaşmasında “Man Siti” səfərdə “Liverpul”u 2:1 hesabı ilə məğlub edərək çempionluq yarışında çox vacib qələbə qazanıb.
Matçın uzun hissəsində hesab açılmamış qaldı. 74-cü dəqiqədə Dominik Soboslai cərimə zərbəsindən vurduğu möhtəşəm qolla Enfildi ayağa qaldırdı və “Liverpul”u önə keçirdi. Lakin bu üstünlük oyunun sonuna qədər qoruna bilmədi.
84-cü dəqiqədə Bernardo Silva dəqiq zərbə ilə hesabı bərabərləşdirdi. Qarşılaşmanın taleyi isə əlavə olunmuş dəqiqələrdə həll olundu. 90+3-cü dəqiqədə Alisson ilə Nunes arasında yaşanan toqquşmadan sonra hakim penalti nöqtəsini göstərdi. Erling Haaland fürsəti boşa vermədi və soyuqqanlı zərbə ilə “Man Siti”yə qələbə qazandırdı:
Liverpul 1 - 2 Man Siti
D. Soboslai 74’
B. Silva 84’
E. Haaland 90+3’ (p)
Qollar: https://t.me/doxsanplus/114222
Bu nəticədən sonra “Man Siti” Anfilddən 3 qızıl xalla ayrılır və zirvə yarışını daha da qızışdırır.
Turnir cədvəlinin üst sıraları:
Fərq cəmi 6 xaldır. “Arsenal” öndə qaçır, “Man Siti” isə bütün sürəti ilə təqib edir. Çempionluq yarışı getdikcə daha da maraqlı hal alır.
© Copyright 2026, All Rights Reserved