“Arsenal”a pis xəbər: Dembele oynayacaq

Ousmane Dembele sabah “Arsenal” ilə qarşılaşacaq PSJ-nin heyətində olacaq!
90plus.az xəbər verir ki, Fransa təmsilçisinin baş məşqçisi Luis Enrike bu açıqlamanı verib:
“O, iki gün ardıcıl olaraq bizimlə məşq etdi, buna görə də oynamağa hazır olacaq”. (📰: RMC Sport)
Fransız forvard keçən həftə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin "Arsenal"a qarşı ilk oyununda zədələnmişdi.
Qeyd: 7 May saat 23:00-da PSJ - Arsenal matçı baş tutacaq. Qalib Çempionlar Liqasının finalı üçün Münhenə yollanacaq! Komandaların ilk görüşündə PSJ 1-0 üstün olub.
© Copyright 2025, All Rights Reserved