“Arsenal”dən inamlı qələbə – xal fərqi çoxaldı
İngiltərə Premyer Liqasının 25-ci turunda lider “Arsenal” doğma meydanda “Sanderlend”i qəbul edib. “Emireyts” stadionunda keçirilən qarşılaşma London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
90plus.az xəbər verir ki, “Arsenal” Premyer Liqanın zirvəsində təkbaşınadır - ən yaxın izləyicisi “Mançester Siti”ni 9 xal qabaqlayır.
Gyökereş şou çıxarır. İsveçli hücumçu ardıcıl ikinci oyunda da fərqlənir. Əvəzetmədən meydana daxil olur və dubl edir.
"Topçular"ın müdafiə xətti beton kimidir. Yenə qapı toxunulmazlığına nail olurlar:
Arsenal 3 - 0 Sanderlend
M. Zubimendi 42’
Gyökereş 66’ 90+4’
MATÇDA VURULAN QOLLARA BU CÜMLƏYƏ KLİK EDƏRƏK KEÇİD EDİN
“Arsenal” bu nəticə ilə çempionluq yarışında rəqiblərinə ciddi mesaj göndərmiş olub.
© Copyright 2026, All Rights Reserved