"Arsenal"ın ispaniyalı futbolçusu əməliyyat olundu - FOTO
“Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino əməliyyat olunub.
90plus.az xəbər verir ki, ispaniyalı futbolçunun ayaq sümüyü əməliyyatı uğurla başa çatıb. Merino bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
29 yaşlı futbolçunun mövsümün sonuna qədər yaşıl meydanlara qayıtmaq ehtimalı azdır. Ən yaxşı halda o, dünya çempionatına qədər hazır olacaq.
Qeyd: “Arsenal” Mikel Merinonu 2024-cü ilin yayında “Real Sosyedad”dan 32 milyon avroya heyətinə qatıb. İspaniya millisinin üzvü bu mövsüm London klubunun formasını geydiyi 33 rəsmi oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved