"Aston Villa" 42 ildən sonra bunu bacardı

İngiltərənin “Aston Villa” klubu 42 ildən sonra Çempionlar Liqasında tarixi bir nailiyyət əldə edib.
90plus.az xəbər verir ki, komanda turnirin ümumi mərhələsinin 8-ci turunda “Seltik”i 4:2 hesabı ilə məğlub edərək Avropanın ən nüfuzlu turnirinin pley-off mərhələsinə yüksəlib.
Birmingem təmsilçisi sonuncu dəfə Çempionlar Liqasının pley-off mərhələsində 1983-cü ildə iştirak edib.
Həmin vaxt turnir Avropa Kuboku adlanırdı və indiki sistemdən fərqli qaydalar əsasında keçirilirdi.
© Copyright 2025, All Rights Reserved