"Aston Villa"nın futbolçusu bir ilki bacardı

"Aston Villa"nın oyunçusu Morqan Rocers Çempionlar Liqasında yeni bir rekorda imza atıb.
90plus.az xəbər verir ki, o, bu uğura ötən gecə Liqa mərhələsinin 8-ci turunda "Seltik"ə qarşı keçirilən qarşılaşmada nail olub. 22 yaşlı forvard həmin görüşdə het-trik etməyi bacarıb.
Rocersin vurduğu qollardan ikisi oyunun ilk 5 dəqiqəsində qeydə alınıb. Bununla da o, ÇL tarixində matçın ilk 5 dəqiqəsində dubl edən ilk futbolçu olub. Bu göstəriciyə ondan əvvəl heç bir oyunçu çata bilməyib.
Qeyd: Morqan Rocers cari mövsümdə bütün turnirlərdə 30 matça çıxaraq 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved