"Atalanta" "beşlədi", növbəti mərhələdə!

"Atalanta" "Şturm Qraz"a acımadı, liqa mərhələsini adladı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasında 7-ci turun oyunları keçirilir. Günün ilk yarısında "Atalanta" öz meydanında "Şturm Qraz"ı qəbul etdi. Ev sahibləri udacağı təqdirdə növbəti mərhələyə adlayacaqları dəqiq idi.
Ev sahibləri bu vəzifənin öhdəsindən layiqincə gələ bilib. Onlar rəqibini 5-0 hesabı ilə məğlub edə bildilər.
Atalanta 5 - 0 Şturm Qraz
M.Reteqi 12'
M.Paşaliç 58'
Ş.De Ketelaere 63'
M.Bressianini 90'
A.Lukman 90+4'
Qeyd: Bu nəticədən sonra "Atalanta" Çempionlar Liqasının turnir cədvəlində 14 xalla 4-cü yerdədir.
© Copyright 2025, All Rights Reserved