“Atletiko”nun “Real”ı şikayəti havada qaldı

"Real Madrid" klubundan Antonio Rüdiger, Kilian Mbappe, Vinisius və Dani Sebalyos Çempionlar Liqasında "Arsenal"la oyunda iştirak edə biləcək.
90plus.az xəbər verir ki, "Atletiko Madrid" klubunun şikayəti təmin edilmədi və sadəcə olaraq Antonio Rüdiger 40 min avro, Mbappe 30 min avro, Seebalyos isə 20 min avro cərimə ödəyəcək.
Qeyd 1: UEFA - Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid"ə qalib gəldikləri oyun zamanı "Real Madrid"in 4 futbolçusunun nalayiq hərəkətləri ilə bağlı təhqiqat aparıb.
Adıçəkilən 4 oyunçunun rəqiblərini penaltilər seriyasında məğlub etdikdən sonra ev sahibi azarkeşlərə nalayiq jestlər etdiyi iddia edilmişdi.
Televiziyadan alınan fotolarda alman müdafiəçi Rudigerin qələbədən sonra tribunaya doğru boğazını kəsmə hərəkəti etdiyi, Mbappenin isə paçasını tutma jesti etdiyi görünürdü.
Qeyd 2: "Arsenal - Real" matçı aprelin 8-də olacaq.
© Copyright 2025, All Rights Reserved