"AZ Alkmaar"ın futbolçusu "Real" və "Barselona" haqqında danışdı

90plus.az xəbər verir ki, "AZ Alkmaar" klubunun gənc yarımmüdafiəçisi Keys Smit yay transfer dönəmində "Real Madrid" və "Barselona" ilə adı hallandıqdan sonra bu mövzuya aydınlıq gətirib.
19 yaşlı futbolçu "HN Nieuws"a verdiyi açıqlamada bildirib:
“Əvvəlcə burada sübut etmək istəyirəm ki, yaxşı oynaya və komanda üçün önəmli ola bilərəm. ‘Barselona’ və ‘Real Madrid’in marağı əlbəttə ki, müsbətdir. Amma ora getsəm, nə qədər oynayacağımı bilmirəm.”
“Oxumaq və izləmək maraqlı idi. Bunlar çox böyük şeylərdir – şübhəsiz, dünyanın ən böyük iki klubudur. Amma hələ konkret heç nə yoxdur, sadəcə maraq var.”
Gənc holland futbolçusu 2024/25 mövsümündə "AZ Alkmaar"ın heyətində 43 matçda meydana çıxıb. O, bu oyunlarda 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved