"Bağışlayın, Madridistalar" - Jud Bellingem

"Bağışlayın, Madridistalar" - Jud Bellingem "Arsenal"a məğlubiyyətindən sonra sükutu pozaraq "Real Madrid" azarkeşlərindən üzr istədi.
90plus.az xəbər verir ki, İngiltərə ulduzu İnstagram hesabında paylaşım edərək oyunçuların gözləntiləri doğrultmadığını etiraf etdi.
Londondakı ilk oyundan (0-3) sonra möcüzəyə ehtiyacı olan Madrid təmsilçisi Santiaqo Bernabeuda 1-2 uduzdu və ümumilikdə 1-5 hesabı ilə mübarizəyə 1/4-də "STOP" dedilər.
Bu mövsüm klubun ən parlaq ulduzlarından biri olan Bellingem də 1/4 finalın hər iki oyununda heç nə ilə yadda qalmadı.
Bellingemin sözləri: "Bağışlayın Madridistalar, bu gecənin və bu yarışın sizin üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini başa düşürük. Bu mövsümü xilas etmək üçün hələ də imkanlar var, lakin bu, yalnız birlikdə qalmaqla mümkündür. Real Madrid geri qayıdacaq!"
© Copyright 2025, All Rights Reserved