“Barsa”nın yeni 9 planı: Leva gedir, Keyn gəlir
“Barselona” hücum xəttinin gücləndirilməsi üçün ciddi addımlar atmağa hazırlaşır.
90plus.az xəbər verir ki, Kataloniya nəhəngi “Bayern Münhen”in forvardı Harri Keynin transferini gündəminə alıb.
Məlumata görə, klub mövsümün sonunda komandadan ayrılması gözlənilən Robert Levandovskinin əvəzini əvvəlcədən tapmaq istəyir. Rəhbərlik elit səviyyəli hücumçu axtarışında Keyni ideal namizəd kimi görür.
Keynin “Bayern Münhen”lə müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, ingilis forvardın 2026-cı ilin yayında 65 milyon avroluq sərbəstqalma maddəsi var. O, bu maddənin aktiv olması üçün qışda klub rəhbərliyinə məlumat verməlidir.
Transfer ehtimalı hələ erkən olsa da, “Barselona”nın bu istiqamətdə ciddi düşündüyü iddia olunur.
© Copyright 2025, All Rights Reserved