Azərbaycanlı futbolçu oynamadı, komandası heç-heçə etdi
Xorvatiya çempionatında 12-ci tur oyunları çərçivəsində bir sıra görüşlər keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” səfərdə turnir cədvəlinin son pilləsində qərarlaşmış “Osiyek” komandası ilə üz-üzə gəlib.
Görüş 0:0 hesabı ilə heç-heçə ilə yekunlaşıb. Abdullazadə bütün matçı ehtiyat oyunçular skamyasında izləyib. “Varajdin” hazırda 16 xalla 4-cü sıradadır.
© Copyright 2026, All Rights Reserved