“Barselona” Bastoni üçün hərəkətdə
“Barselona” Bastoni üçün hərəkətə keçdi – “İnter”lə ilkin əlaqələr qurulub.
90plus.az xəbər verir ki, “Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoni ilə bağlı ilk addımları atıb. Kataloniya klubu artıq İtaliya təmsilçisi ilə mümkün transfer üzrə ilkin əlaqələrə başlayıb.
Məlumata görə, tərəflər hələ rəsmi danışıqlara başlamasa da, artıq transferin maliyyə detalları və mümkün struktur üzərində ilkin analiz aparılır. Futbolçunun isə bu keçidə qarşı çıxmadığı bildirilir.
Planlaşdırılan variantlardan biri sabit məbləğ + futbolçu mübadiləsi formatıdır. “İnter”in isə “Barselona”nın gənc və perspektivli müdafiəçisi Hektor Forta ciddi maraq göstərdiyi qeyd olunur.
Hazırda danışıqlar rəsmi mərhələyə keçməsə də, bu transfer yay pəncərəsinin diqqətçəkən mövzularından biri ola bilər.
© Copyright 2026, All Rights Reserved