Bundesliqa: Favoritlər büdrədi
Favoritlər büdrədi: Bundesliqada sürpriz nəticələr gəldi.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 30-cu turunda gözlənilməz nəticələr qeydə alınıb. Turnirin favoritlərindən olan “Bayer Leverkuzen” və “Borussiya Dortmund” xallar itirib.
Bayer Leverkuzen 1 - 2 Auqusburq
P. Şik 12’
F. Reider 15’ 90+7’ (p)
Bu nəticədən sonra “Bayer Leverkuzen” 6-cı pillədə qalıb, “Auqusburq” isə 9-cu yerə yüksəlib.
Hoffenhaym 2 - 1 Borussiya Dortmund
A. Kramariç 42’ 90+8’ (p)
S. Girassi 87’
Bu qələbə sayəsində “Hoffenhaym” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
Nəticələr çempionluq yarışına da ciddi təsir edib. Belə ki, “Borussiya Dortmund”un xal itirməsi “Bayern Münhen” üçün böyük fürsət yaradıb. Münhen təmsilçisi bazar günü “Ştutqart”la oyunda qələbə qazanacağı və ya heç-heçə edəcəyi halda Bundesliqanın çempionu olacaq.
© Copyright 2026, All Rights Reserved