“Barselona” Levandovskiyə sərfəsiz müqavilə təklif etdi
“Barselona” Levandovskiyə yeni müqavilə təklif edib, amma...
90plus.az xəbər verir ki, “Barselona” klubu hücumçusu Robert Levandovski ilə bağlı yeni müqavilə təklifi irəli sürüb.
Kataloniya təmsilçisi 36 yaşlı forvardla bir illik yeni sözləşmə bağlamaq istəyir, lakin müqavilədə ciddi maaş azaldılması nəzərdə tutulur.
Məlumata görə, Levandovski bu şərtlərlə razı deyil və hazırkı mərhələdə böyük maaş azaldılmasını qəbul etmək niyyətində deyil.
Futbolçunun gələcəyi ilə bağlı danışıqların davam edəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved