“Sabah” “Qarabağ” üzərində vacib qələbə qazandı
“Sabah”dan vacib qələbə – liderliyini möhkəmləndirdi, çempionluğa yaxınlaşdı.
90plus.az xəbər verir ki, Azərbaycan çempionatının 28-ci turunda mərkəzi oyunda “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib.
Gərgin və mübarizənin bol olduğu qarşılaşmanın taleyini bir qol həll edib. Matçın 45-ci dəqiqəsində Abdullah Xaybullayev fərqlənərək qonaqlara qələbə qazandırıb:
Qarabağ 0 - 1 Sabah
A. Xaybullayev 45’
Qol: https://t.me/doxsanplus/116376
Epizod: https://t.me/doxsanplus/116377
Bu nəticədən sonra “Sabah” xalını 69-a çatdıraraq turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirib. “Qarabağ” isə 56 xalla ikinci pillədə qalıb.
Qeyd: Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bir oyun az keçirib.
© Copyright 2026, All Rights Reserved