"Barselona" cəbhəsində ölüm, oyun təxirə salındı

"Barselona" klubunun həkimi vəfat etdiyinə görə "Osasuna" ilə oyun təxirə salındı.
90plus.az xəbər verir ki, La Liqanın 28-ci turu çərçivəsində keçiriləcək olan "Barselona" - "Osasuna" matçı ev sahiblərinin klub həkimi Karles Minerro Qarsiyanın vəfatından dolayı başlamayıb və oyun təxirə salınıb.
Oyundan öncə heyətlər açıqlanmış, klublar isinmə hərəkətlərinə başlamışdılar. Ancaq Kataloniya klubundan açıqlanan xəbərə görə oyun başqa vaxta təxirə salınıb.
La Liqa rəhbərliyi oyunu başqa günə saldığını bildirdi.
© Copyright 2025, All Rights Reserved