"İnter - Barselona”: Hakimlər bəlli!

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "İnter" - "Barselona" oyununun hakim heyəti müəyyənləşib.
90plus.az xəbər verir ki, bu görüşü Polşa Futbol Federasiyasının nümayəndəsi Şimon Marçinyak idarə edəcək. Ona köməkçi hakimlər kimi həmyerliləri Tomaş Listkieviç və Adam Kupsik təhkim olunublar. Dördüncü hakim rolunu isə Pavel Raskovski yerinə yetirəcək.
VAR sisteminə Niderlandlı Dennis Higler nəzarət edəcək, AVAR funksiyasını isə həmvətəni Pol van Bokel yerinə yetirəcək.
Xatırlatma: Qarşılaşma mayın 6-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk oyun Barselonada keçirilmiş və 3:3 hesabı ilə başa çatmışdı.
© Copyright 2025, All Rights Reserved