"Barselona" Levanın əvəzləyicisini "Çelsi"də tapıb

"Barselona" klubu "Çelsi"də çıxış edən hücumçu Nikolas Ceksonla maraqlanır.
90plus.az xəbər verir ki, kataloniyalılar 24 yaşlı forvardı Robert Levandovskinin yerinə potensial namizəd kimi görürlər. İngiltərə təmsilçiləri Ceksona 50 milyon avro qiymət qoyublar. Buna baxmayaraq, "Barselona" oyunçunun icarəsi məsələsini gündəmə gətirməyi düşünür.
Xatırlatma: Nikolas Cekson ötən mövsüm "Çelsi"nin heyətində 37 matçda iştirak edib, 13 dəfə rəqib qapısına yol tapıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London klubu ilə müqaviləsi 2033-cü ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved